
oyk., mür. Azərb.Resp.Göyçay r-nunun İncə i.ə.v.-də kənd. Şirvan kanalı boyundadır. “Qaraməryəm (əsli Qaramaryan) adlı yaşayış məntəqəsinin aşağı hissəsi” deməkdir. Mənbələrdə Aşağı Qaraməryən variantında da qeyd olunur. İkinci komponent qara (böyük) və maryan (dağın gündöyən hissəsi, çöl bitkiləri ilə əhatə olunmuş sahə) komponentlərindən ibarət olub, ”böyük otlaq sahəsi, dağın gündöyən ətəyi” mənalarını bildirir. Ərazinin coğrafi mövqeyi də bu izaha uyğundur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 1 cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 56