oyk., mür. Azərb. Resp. Göyçay r-nunun İnçə i.ə.v.-də kənd. Şirvan kanalı boyundadır. “Qaraməryəm adlı yaşayış məntəqəsinin aşağı hissəsi” deməkdir. Mənbələrdə Aşağı Qaraməryən variantında da qeyd olunur. İkinci komponent qara (böyük) və maryan (dağın gündöyən hissəsi, çöl bitkiləri ilə əhatə olunmuş sahə) komponentlərindən ibarət olub, “böyük otlaq sahəsi, dağın gündöyən ətəyi” mənalarını bildirir. Ərazinin coğrafi mövqeyi də bu izaha uyğundur.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 56.