(15.6.1947, Göyçay r-nunun Bığır k.-?.4.1993) – geologiya-minerologiya elmləri namizədi.
1947 il iyunun 15-də Göyçay r-nunun Bığır k.-də anadan olub. Orta məktəbini bitirəndən sonra indiki BDU geoloji coğrafiya fakultəsinə daxil olub. 1968 ildə həmin fakultəni bitirib geoloq ixtisasına yiyələnir. Sonra Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda laborant, elmi işçi, baş elmi işçi vəzifələrində çalışır. 1974-76 illərdə həmin institutun aspiranturasında təhsilini davam etdirir, daha sonra isə Xarkov Dövlət Universitetinin elmi şurasında dissertasiya müdafiə edərək geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsi alır.
Ş.Aslanov 1993 ilin aprelində vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda), s.34