(1905, Göyçay r-nunun Bəydövül k.-1947) – aşıq.
Şirvan aşıq mühitinin yetirməsidir. Erkən yaşlarından aşıq sənətinə maraq göstərmişdir. Aşıq sənətinin sirlərini ilk əvvəl Aşıq Xas Məmməddən öyrənmişdir. Daha sonra Şirvan aşıqlarının atası sayılan Aşıq Mizə Bilalın yanına gəlmiş və mükəmməl aşıq kimi yetişmişdir. Ağır məclislər aparmış, sazı-sözü ilə yaddaşlara adını yazmışdır. Sovet-alman müharibəsinə getmiş (1941) və orada ağır yaralanıb qayıtmışdır.
Əd.: “Ozan-aşıq ensiklopediyası”. 2 cilddə. Aşıqlar Birliyi, I cild, Bakı, 2019, “Gənclik”, s.122