(1905, Göyçay qəz. Bəydövül k. – 1947) – aşıq.
Şirvan aşıq mühitinin yetirməsidir. Erkən yaşlarından aşıq sənətinə maraq göstərib. Aşıq sənətinin sirlərini ilk əvvəl Aşıq Xas Məmməddən öyrənib. Daha sonra Şirvan aşıqlarının atası sayılan Aşıq Mizə Bilalın yanına gəlib və mükəmməl aşıq kimi yetişib. Ağır məclislər aparıb, sazı-sözü ilə yaddaşlara adını yazdırıb. Sovet-alman müharibəsinə gedib (1941) və orada ağır yaralanaraq qayıdıb.
Mənbə: “Ozan-aşıq ensiklopediyası”. 2 cilddə. Aşıqlar Birliyi, I cild, Bakı, 2019, “Gənclik”, s. 122.