(21.8.1927, Göyçay ş. – 30.11.2012, Bakı ş.) – skripkaçı, pedaqoq, Əməkdar artist (2007).
1945 ildə Azərb. Dövlət Konservatoriyasına qəbul olub, sonradan təhsilini Moskva Dövlət Konservatoriyasının skripka sinfi üzrə davam etdirib və 1952 ildə burada Dmitri Tsıqanovun skripka sinfini bitirib. 1952 ildən ömrünün sonunadək Azərb. Dövlət Konservatoriyasının “Simli alətlər” kafedrasında dərs demişdir. 1952-62 illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbinin direktoru olub.
Pedaqoji fəaliyyəti dövründə skripka və fortepiano, habelə musiqi ansamblları üçün çox sayda transkripsiya yazmışdır. Onların çox hissəsi RF və Azərb.-ın musiqi nəşriyyatları tərəfindən nəşr olunmuşdur. O, “Skripkada çalmağı ilkin öyrənmək üçün vəsait” adlı elmi-metodik işin müəllifidir.
Azərb. Resp.-sı Prezidentinin fərdi təqaüdçüsü olub (2008).
Mənbə: https://news.day.az/culture/369873.html