Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə Elxan Süleymanov tərəfindən təsis edilmişdir. Təsis edildiyi dövrdən Assosiasiyanın prezidenti Elxan Süleymanovdur.
20-yə yaxın QHT-ni özündə birləşdirən bu Assosiasiya fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, Azərb. torpaqlarının işğaldan azad edilməsi, Azərb.-nın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, qondarma siyasi məhbus probleminin həlli istiqamətində bir çox beynəlxalq və respub. səviyyəli tədbirlər həyata keçirmiş, mühüm layihələr icra etmiş, yüzlərlə kitab nəşr edərək, dünyanın nüfuzlu təşkilatlarına, dövlət orqanlarına və elm mərkəzlərinə göndərmişdir.
AVCİYA Qarabağ mövzusunu daim diqqət mərkəzində saxlamış, bir neçə xarici dildə “Qarabağın səsi” qəzetini çap edərək, xarici ölkələrin dövlət orqanlarına, kitabxanalara, parlametntlərə və ictimai təşkilatlara göndərmiş, Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı”, “Xocalı soyqırımı: milyon imza – bir tələb”, “Şuşa – qədim Azərbaycan diyarı”, “Bir faciə haqqında iki fotosöhbət”, “Tarixi faktlar erməni miflərinə qarşı” toplularını nəşr edərək ABŞ və Avropa dövlətlərinin parlamentlərinə, dünyanın məşhur kitabxanalarına göndərmişdir. AVCİYA-nın “Xocalı soyqırımı: milyon imza – bir tələb” layihəsi çərçivəsində bir milyon Azərb. vətəndaşının imzası toplanaraq kitab halında nəşr edilmiş, böyük dövlətlərin parlamentlərinə təqdim olunmuşdur. Xocalı faciəsi şahidlərinin ifadələri toplanmış və Azərb., ingilis, rus dillərində dərc etdirilmişdir.
Elxan Süleymanovun və iqtisad elmləri doktoru Vurğun Süleymanovun müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalın ağır nəticələri” kitabında ilk dəfə olaraq elmi təhlillər nəticəsində işğal nəticəsində Azərb.a dəyən maddi zərərin 431,536 milyard ABŞ dolları təşkil etdiyi sübut edilərək, Azərbaycanın bu zərərə görə Ermənistandan təzminat alma hüququnun Dağlıq Qarabağ probleminin nizamlanmasında vacib aspektlərdən biri olduğunu irəli sürülüb.
Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə “Şamaxı soyqırımı – 1918. SHAMAKHİ GENOCİDE 1918.” (Azərbaycan və ingilis dillərində); “Şamaxı qırmızı terrorun hədəfində. 1930-1940-cı illər represiyaları. (Azərbaycan və ingilis dillərində); “Şamaxı ensiklopediyası”; “Sərsəng SOS: təhlükə altında qalan tarix və mədəniyyət abidələri. (Azərbaycan, ingilis, fransız dillərində); “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918); “Göyçay döyüşləri – Türkiyə tarixşünaslığında”, “Göyçay tarixi” və s. kitablar nəşr olunmuşdur.
Elxan Süleymanovun təşəbbüsü ilə, rəhbəri olduğu AVCİYA faşizm üzərində qələbənin 60 illiyi ərəfəsində, keçirilən “Bakı – qəhrəman şəhər” layihəsi çərçivəsində 150-ə yaxın Sovet ittifaqı qəhrəmanının, eyni zamanda N.K. Baybakovun iştirakı ilə 2005 il 11 apreldə Bakıda “Bakı qəhrəman şəhərdir” beynəlxalq forumunu keçirmişdir. Bu layihənin icrası ilə İkinci Dünya müharibəsi dövründə Azərb. paytaxtının xidmətləri növbəti dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. AVCİYA-nın insan hüquqları, söz azadlığı, iqtisadiyyat, ekologiya, Xəzərin problemləri ilə bağlı həyata keçidiyi bir çox irimiqyaslı layihələr, beynəlxalq konfranslar, çoxşaxəli fəaliyyəti ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında və Azərb. vətəndaş cəmiyyətinin inkişafı istiqamətində əhəmiyyətli rol oynamışdır.
Eyni zamanda, AVCİYA bu günə kimi Resp.-mızda keçirilmiş bütün seçki və referendumlarda fəal iştirak edib, ölkəmizin əksər bölgələrində regional seçki ofisləri yaradıb. Assosiasiyanın nəzdindəki Seçki Monitorinqi Mərkəzi 36 ölkəni birləşdirən Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin üzvüdür və bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
E.Süleymanovun təşəbbüsü ilə Respublikada keçirilmiş seçki və referendumlarla bağlı bir sıra beynəlxalq konfranslar keçirilmişdir. Bunlardan biri 2010 ildə Avropa Şurası PA çox sayda üzvlərinin və Milli Məclis deputatlarının iştirakı ilə keçirilmiş “Azərbaycanda 2010-cu il parlament seçkiləri: “daha demokratik, daha şəffaf” Beynəlxalq konfransını göstərmək olar (Bax: “Azərbaycanda 2010-cu il parlament seçkiləri: “daha demokratik, daha şəffaf”. Beynəlxalq konfransın materialları. Bakı 2010, 83 s.).
Bundan əlavə onun rəhbərliyi ilə “Seçici hüquqlarının qorunması.”; “Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in (DTİHB) seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı RƏY VƏ TÖVSİYƏLƏRİ. Müqayisəli təhlil.” kitabları və 2004 ildən bu günə kimi keçirilmiş seçkilər və referendumlara dair kitabçalar və hesabatlar nəşr olunmuşdur.
Assosiasiyanın tərəfdaşı olan, 2004 ildə yaradılmış “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ölkə daxilində sosioloji tədqiqatlar, müxtəlif sorğular aparır və bu dövrdəki bütün seçkilərdə exit-pollar və tədqiqatlar həyata keçirərək Azərbaycan reallıqlarını yerli və beynəlxalq səviyyədə ictimailəşdirir.
Elxan Süleymanov 2010 və 2015 illərdə Şamaxıdan IV və V çağırış AR Milli Məclisinə deputat seçilmişdir. AVCİYA prezidenti və millət vəkili Elxan Süleymanovun diplomatik-siyasi səyləri nəticəsində Sərsəng su anbarı ilə bağlı hazırladığı “Mülki insanları qəsdən sudan məhrumetmə” adlı sənəd əsasında AŞPA 2085 saylı qətnamə qəbul edib. Bu qətnamə ilə, bir tərəfdən beynəlxalq təşkilatın və ictimaiyyətin diqqəti baş verə biləcək böyük bir ekoloji fəlakətə yönəldilib, digər tərəfdən işğaldan sonrakı 25 il ərzində ilk dəfə “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” müddəası nüfuzlu beynəlxalq təşkilatın rəsmi sənədində təsbitlənib.
Elxan Süleymanov Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin tam üzvü (24.1.2011 – 24.1.2016), Avropa Şurasına Üzv Dövlətlərin Vəzifə və Öhdəliklərinin İcrası Komitəsinin (Monitorinq Komitəsi) üzvü (24.1.2011 – 21.1.2018), 27.1.2011 – 23.1.2012 illərdə Azlıqların Hüquqları üzrə Alt Komitəsinin tam üzvü kimi fəaliyyət göstərib.
O, həmçinin AŞPA Azərb. nümayəndə heyətinin üzvü, “Şərq Tərəfdaşlığı” ölkələri parlament nümayəndələrinin təmsil olunduğu AvroNest PA-da Azərb. nümayəndə heyətinin sədri olub.
Elxan Süleymanov AvroNest PA-da Azərb. nümayəndə heyətinin rəhbəri olarkən Şərq Tərəfdaşlığı proqramının üzvü olan ölkələrin ilk sessiyasının 2012 il 2-4 apreldə Azərbaycanda, Bakıda onun rəhbərliyi ilə keçirilməsinə nail olmuşdur.
2016 ildə Avropa Şurası Parlament Assambleyası Elxan Süleymanovun müəllifi olduğu, Azərb. üçün çox mühüm olan 2085 saylı qətnaməni qəbul edib. Həmin il AVCİYA bu qətnaməyə əsaslanaraq, ABŞ Administrasiyasına petisiya ünvanlayıb. Azərbaycan, Qarabağ həqiqətlərinin çatdırıldığı və cavab tələb olunan bu sənəd Ağ Evin “Biz Xalqıq” müraciət platformasında Obama hakimiyyəti dövründə ən çox səs toplamış ikinci petisiya olub.
AVCİYA-nın fəaliyyətinin mühüm istiqaməti olan Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Ulu Öndərin siyasi irsinin araşdırılması, tədqiqi və təbliği ilə məşğuldur. Mərkəzdə yaradılmış “Heydər Əliyev İrsi” Beynəlxalq Elektron Kitabxanası 52 dildə oxuculara xidmət edir, hər gün kitabxanaya 150-dək ölkədən minlərlə oxucu daxil olur. Əksər beynəlxalq təşkilatlar, xarici ölkələrin dövlət orqanları və parlamentləri, elm-təhsil mərkəzləri və kitabxanaları, kütləvi informasiya vasitələri portalın daimi oxucuları sırasındadır. BMT-nin müxtəlif departamentləri, YUNESKO, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, ABŞ Dövlət Departamenti, əksər xarici ölkələrin dövlət orqanları, elm-təhsil mərkəzləri və kitabxanaları, o cümlədən, Trumen kitabxanası, kütləvi informasiya vasitələri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin daimi oxucuları sırasındadır. Mərkəz gənc müəllimlər, magistrant və tələbələr üçün “Heydər Əliyev irsini öyrənirik” interaktiv kursları və yay məktəbləri təşkil edir, eləcə də planetin mühüm elmi mərkəzləri ilə internet körpülər yaradır, müxtəlif dillərdə Heydər Əliyevin siyasi irsinə, ölkəmizin bugünkü reallıqlarına həsr olunmuş nəşrlər dərc edir.
Mərkəz müxtəlif dillərdə Heydər Əliyevin siyasi irsinə, ölkəmizin bugünkü reallıqlarına həsr olunmuş nəşrlər dərc edir. Elxan Süleymanovun rəhbərliyi və dəstəyi ilə AVCİYA və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən yüzə qədər nəşr hazırlanıb və təqdim edilib.
AVCİYA bu gün də fəaliyyətini uğurla davam etdirir və ölkəmizin ictimai-siyasi həyatına töhfələrini verir, ölkəmizin ictimai-siyasi, milli-mədəni həyatından, tarixi nailiyyətlərimizdən və Qarabağ zəfərindən bəhs edən layihələr üzərində işləyir. Bu mövzuda nəşr edilmiş son kitablar, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərb.nın incisi Şuşa şəhərinin azad edilməsinə həsr olunmuş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq” kitabı və 2022 Şuşa ili münasibəti ilə həyata keçirilmiş layihələr çərçivəsində hazırlayıb çap edilmiş “İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar”; “ŞUŞA: müxtəsər tarix (1752-2022)”; “Şuşa: ədəbi-mədəni mühit”; “Bizim Şuşa (söhbətlər)” kitablarından ibarət dördcildlik monoqrafik nəşrdən ibarətdir. Həmçinin, AVCİYA cənab Prezidentin 60 illik yubileyi münasibətilə “ZİRVƏDƏ. Qoşa ömrün 60 epizodu” kitab-albomunu da çap edib.
Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə “Böyük Liderin 90 anı” kitabı, 100 illik yubileyinə isə “Göyçay ensiklopediyası” həsr olunmuşdur.
Elxan Süleymanov Göyçay–Qaraman yolunun çəkilişi, əsası babası Hacı Rəhim Əfəndi tərəfindən qoyulmuş Qaraman kənd məktəbinin yenidən əsaslı bərpası, Hacı Rəhim Əfəndi məscidinin inşası, Göyçay şəhərində İsmət Qayıbovun, Əli Kərimin heykəllərinin ucaldılması, şəhidlər xiyabanının salınması, orduya, şagird və tələbə gənclərə maddi yardım həmin dövrdə E.Süleymanovun xeyriyyəçilik fəaliyyətinin bir qismidir.
Elxan Süleymanov Şamaxının Millət vəkili olduğu dövrdə Məlcək və Ərçiman kəndində öz hesabına məktəb tikdirmiş, Azərbaycanın görkəmli şairi S. Ə. Şirvaninin qəbrüstü abidəsini əsaslı şəkildə yenidən qurmuş, suya ehtiyacı olan 10 kəndə su çəkdirmişdir. Elxan Süleymanovun təşəbbüsü ilə 9 il Sabir qiraət müsabiqəsi keçirilmiş və 100-dən artıq qalib şagirdə təqaüd verilmişdir. Bundan başqa 600-dən artıq bal toplamış 60 dan artıq tələbəni ali məktəbi bitirənə qədər hər ay təqaüdlə təmin etmişdir.
Onun rəhbərliyi və maddi dəstəyi ilə “Şamaxı soyqırımı”, “Şamaxı qırmızı terrorun hədəfində” kitabları Azərbaycan və ingilis dillərində nəşr olunmuş, ilk dəfə olaraq “Şamaxı Ensiklopediyası”,“Göyçay tarixi” monoqrafiyası və “Göyçay Ensiklopediyası” işıq üzü görmüşdür.
Millət vəkili və ictimai xadim kimi dövlətçilik üçün gördüyü çoxcəhətli fəaliyyətinə Azərbaycan Respublikası Prezidenti tərəfindən yüksək qiymət verilmiş, dövlət başçısının fərmanı ilə Elxan Süleymanov “Şöhrət” Ordeni və Prezidentin Fəxri Diplomu ilə təltif edilmişdir.
Mənbə: avciya.az