
oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Alpout i.ə.v.-də kənd. Şirvan düzündədir. Bəydəvil, Bədovil (1917), Bədövül (1961) variantlarında da işlənir. Bədo (Azərb dilinlə 1.”qaçağan at”; 2. “pis iyli su”) və vil (yer, məkan, inzibati ərazinin bir hissəsi) sözlərindən düzəlib, “pis qoxulu suyu olan yer” mənasındadır. Azərb.-nın Şirvan zonasında yayılmış müalicəvi kükürdlü soyuq su obyektlərindən biri də kəndin ərazisində olduğu üçün belə adlanmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 90