(6.3.1964, Göyçay r–nunun Alıkənd k.) – Əməkdar mühəndis (2016), “Qızıl Qələm” media mükafatı laureatı.
İlk əmək fəaliyyətinə çilingər (1981) kimi başlayıb. 1989 ildə Azərb. İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Sənaye və mülki tikinti fakültəsini İnşaat mühəndisi ixtisası üzrə bitirib. Həmin ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışıb. 2005–11 illərdə SOCAR Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləyib, 2011 ildən etibarən SOCAR-ın Baş ofisinin İR Departamentinin rəisi kimi çalışır.
1997 ilin iyun ayında təsis edilmiş “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nin həmtəsisçisidir. Fəaliyyəti dövründə dünyanın inkişaf etmiş bir çox ölkələrində işgüzar səfərlərdə olub, ölkə daxilində və xaricində ən yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə təşkil olunmuş bir sıra təlim və praktiki kurslarda iştirak edərək müvafiq sertifikatlara layiq görülüb. Bu sertifikatlar içərisində Avropa Keyfiyyət Təşkilatının (EQQ ) ISO keyfiyyət, OHSAS 18001 Əməyin Mühafizəsi Təhlükəsizliyi, ISO 14000 Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Auditor sertifikatları da vardır. Beynəlxalq standartların tətbiqi və İR idarəedilməsi ilə bağlı mütəmadi olaraq mətbuat və kiv-də çıxışlar etmiş və məqalələri dərc olunmuşdur. “Dənizneftqaztikinti” Elmi Tədqiqat Layihə İnstitutunun aparıcı mühəndisi kimi dənizdəki bir çox layihələrin işlənib hazırlanmasında, eləcə də ilk dəfə Beynəlxalq standartların tətbiqi və trestin xarici tenderlərdə uğurla iştirakında və təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində təşkili üçün ISO seriyalı (ISO 9001, OHSAS 18001, ISO 14001, ISO 17025, ISO/IEC 17024 və EN287-1) standartlar üzrə beynəlxalq sertifikatların alınmasında və həmin müəssisənin “Uğur” mükafatına layiq görülməsində, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın təmin edilməsində xüsusi xidmətləri var. O, həm də kiv-lə sıx əməkdaşlıq edir. Azərb. KİVİHİ RH-nin qərarı ilə”XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diplomu və Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə “Fəxri Fərman” ilə təltif edilib. “Tərəqqi” medalı ilə təltif edilib (2014).
Türk dünyasında və türk toplumlarının yaşadıqları ölkələrdə türk dilini, mədəniyyətini, tarixini və ədəbiyyatını öyrənmək, araşdırmaq və yaymaq məqsədilə yaradılmış və yarandığı ilk gündən indiyədək dünyanın 30-dan artıq ölkəsinin nüfuzlu universitetləri, tədqiqat institutları, akademiyaları, elmi mərkəzləri, fondları və digər qurumları ilə qarşılıqlı əlaqələr yaratmış beynəlxalq elmi təşkilat olan Türk Dünyası Araşdırmaları Beynəlxalq EA-nın Rəyasət Heyətinin 29 sentyabr 2017-ci il tarixli Qərarı ilə Asif Bəkirli Türk Dünyası Araşdırmaları Beynəlxalq EA-nın Fəxri Prof. seçilib.
Bəkirli Azərb. ilk dəfə çapdan çıxmış ISO 9000/OHSAS 18001/ISO 14000 Beynəlxalq İdarəetmə Standartları, OHSAS/TS 18001:2008 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi (son versiyanın izahlı şərhi) və Beynəlxalq İdarəetmə Sistemlərinin İnteqrasiyası və Auditi (sənədləşdirmə nümunələri) eləcə də “İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya” adlı bir sıra bədii və elmi kitabların məsləhətçisi, həm-müəllifi və müəllifidir. Bundan başqa 2003 ildə çap olunmuş “Haqq səsiyəm” adlı şerlər kitabının da müəllifidir. Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunda f.d. elmi dərəcəsi üzrə “İdarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətləri” mövzusunda elmi araşdırmalar aparır.
Bəkirli 30 may 2018 ildə RFYİ Moskva ş. təşkilatının A.S.Puşkin adına “Sözə və əmələ sədaqət” medalı ilə təltif olunub.
Mənbə: 1. Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi: http://goychay.cls.az/more/text/72831
2. Wikipedia: https://az.wikipedia.org/wiki/Asif_B%C9%99kirli