(3.12.1968, Göyçay r-nunun Kürdşaban k.–9.2.1994, Füzuli r–nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirdikdən sonra Bakı Rabitə texnikumunda təhsilini davam etdirib. İlk hərbi xidmətini Moskva ətrafında keçəndən sonra texnikumu bitirib r-nun Məlikkənd, Çərəkə, Bığır k. rabitə şöbələrində çalışıb. Daha sonra torpaqlarımızın müdafiəsi üçün Göyçay könüllülər batalyonunun tərkibində “N” hərbi hissəsinə gedir. O, rabitəçi kimi Füzuli r-nunun Əhmədbəyli, Əbdürrəhmanlı, Şükürbəyli və s. k. uğrunda gedən döyüşlərdə iştirak edir. 1994 ilin fevralında belə ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. İki gün sonra isə doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi