(8.3.1959, Göyçay ş.) – i.е.n. (1993), dosent, (2001).
1959 il martın 8-də Göyçay ş. anadan olub. 1976-80 illərdə Azərb. Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb və oranı Fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnib.
1980-89 illərdə Azərb. Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat institutunda iqtisadçı vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlib. 1989-92 illərdə Azərb. Dövlət Plan Komitəsində, Azərb. Dövlət İqtisadiyyat və Planlaşdırma və Azərb. Dövlət İqtisadiyyat Komitəsində baş mütəxəssis, bölmə və şöbə müdiri vəzifələrində çalışıb. 1994 ildən Azərb. Dövlət İqtisad Universitetinin «Qiymət» kafedrasında işləyir. 1993 ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb. 2001 ildən dosentdir. Beynəlxalq və respublika elmi-praktiki konfranslarında, elmi konqres və seminarlarda məruzələrlə çıxış edib, yerli və xarici mətbuat səhifələrindəelmi məqalələr dərc etdirib. Qiymətin əmələ gəlməsi və qiymətləndirməyə aid 2 dərsliyin, 2 dərs vəsaitinin, 30-a qədər elmi məqalənin, çoxlu sayda proqram və metodiki göstərişlərin müəllifidir.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.29
https://unec.edu.az/cand-of-econ-assoc-prof-bayramov-gahraman-saleh/