(6.3.1964, Göyçay r-nunun Alıkənd k.) – Əməkdar mühəndis (2016).
İlk əmək fəaliyyətinə çilingər (1981) kimi başlayıb. 1989 ildə Azərb. İnşaat Mühəndisləri İnstitutunun (indiki AzMİU) Sənaye və mülki tikinti fakültəsini İnşaat mühəndisi ixtisası üzrə bitirib. Həmin ildən etibarən ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməklə yanaşı, gənc mütəxəssis kimi neft sənayesində layihəçi mühəndisdən başlayaraq ardıcıl olaraq, aparıcı mühəndis, qrup rəhbəri, baş mütəxəssis, şöbə rəisi, Əməyin mühafizəsi və keyfiyyətə nəzarət xidmətinin rəisi kimi çalışıb. 2005-11 illərdə SOCAR-ın Təlim Tədris Sertifikatlaşdırma departamentinin direktoru işləyib, 2011 ildən etibarən SOCAR-ın Baş ofisinin İR Departamentinin rəisi kimi çalışır.
1997 ilin iyun ayında təsis edilmiş “Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın həmtəsisçisidir.
Azərb. KİVİHİ RH-nin qərarı ilə ”XXI əsrin tanınmış ziyalısı” beynəlxalq diplomu və Neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə Fəxri fərman ilə təltif edilib. “Tərəqqi” medalı ilə təltif edilib (2014).
Beynəlxalq elmi təşkilat olan Türk Dünyası Araşdırmaları Beynəlxalq EA-nın Rəyasət Heyətinin 29 sentyabr 2017-ci il tarixli Qərarı ilə Asif Bəkirli Türk Dünyası Araşdırmaları Beynəlxalq EA-nın Fəxri Prof. seçilib.
A.Bəkirli Azərb. ilk dəfə çapdan çıxmış ISO 9000/OHSAS 18001/ISO 14000 Beynəlxalq İdarəetmə Standartları, OHSAS/TS 18001:2008 Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi (son versiyanın izahlı şərhi) və Beynəlxalq İdarəetmə Sistemlərinin İnteqrasiyası və Auditi (sənədləşdirmə nümunələri) eləcə də “İnsan resurslarının idarə edilməsi: nəzəriyyədən praktikaya” adlı bir sıra bədii və elmi kitabların məsləhətçisi, həmmüəllifi və müəllifidir. Bundan başqa, 2003 ildə çap olunmuş “Haqq səsiyəm” adlı şeirlər kitabının da müəllifidir. Hazırda AMEA-nın İqtisadiyyat İnstitutunda f.d. elmi dərəcəsi üzrə “İdarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətləri” mövzusunda elmi araşdırmalar aparır.
A.Bəkirli 30 may 2018 ildə RFYİ Moskva ş. təşkilatının A.S.Puşkin adına “Sözə və əmələ sədaqət” medalı ilə təltif olunub.
Mənbə: Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi: http://goychay.cls.az/more/text/72831