(8.3.1959, Göyçay ş.) – iqtisadçı alim, iqtisad ü.f.d. (1993), dos. (2001).
1976-80 illərdə Azərb. Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnib. Azərb. Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU) fərqlənmə diplomu ilə bitirib (1980). 1980-89 illərdə Azərb. Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı vəzifəsindən baş elmi işçi vəzifəsinə qədər yüksəlib. 1989-92 illərdə Azərb. Dövlət Plan Komitəsində, Azərb. Dövlət İqtisadiyyat və Planlaşdırma və Azərb. Dövlət İqtisadiyyat Komitəsində baş mütəxəssis, bölmə və şöbə müdiri vəzifələrində çalışıb. 1994 ildən ADİU-nun Qiymət və qiymətləndirmə kafedrasında çalışır. Beynəlxalq və respublika elmi-praktiki konfranslarında, elmi konqres və seminarlarda məruzələrlə çıxış edib, yerli və xarici mətbuat səhifələrində elmi məqalələr dərc etdirib. Qiymətin əmələ gəlməsi və qiymətləndirməyə aid 2 dərsliyin, 2 dərs vəsaitinin, 30-a qədər elmi məqalənin, çoxlu sayda proqram və metodiki göstərişlərin müəllifidir.
Əsərləri:
Bayramov Q.S., Quliyev İ.Q. və b. “Qiymətin əmələ gəlməsi” fənni üzrə məsələlər toplusu. Bakı, 2016;
Bayramov Q.S. “Dünya qiymətləri” Metodik göstərişlər. Bakı,“İqtisad Universiteti”, 2015, s. 104.
Mənbə: https://unec.edu.az