(5.4.1934, Göyçay ş. – 28.4.1993 Göyçay ş.) – fizika ü.f.d.
1952-57 illərdə Lenin adına ADPİ-nin Fizika fakültəsində təhsil alıb. ADPİ-ni bitirdikdən sonra 1957-71 illərdə AMEA-nın Polimer Materialları İnstitutunda çalışıb və laboratoriya müdiri vəzifəsinədək yüksəlib. Həmin dövrdə əmək fəaliyyəti ilə yanaşı, müntəzəm şəkildə elmi işlərlə də məşğul olub.
A.Babayev fizika elmi üzrə dissertasiya müdafiə edərək fizika e.n. dərəcəsi alıb. 1971 ildə ailə vəziyyəti ilə əlaqədar öz xahişi ilə işindən azad olunaraq Göyçay ş.-nə qayıdıb. 1974 ildə Göyçay r-nunun Çaxırlı k. tam orta məktəbinə direktor təyin edilib, 1986 ilədək orada çalışıb. Direktor işlədiyi müddətdə onun səyi nəticəsində Göyçay r-nunun Çaxırlı k.-də böyük məktəb tikilib.
1986-93 illərdə Göyçay r-n Xalq təhsili şöbəsində çalışıb.
Məlumat A.Babayevdən alınıb.