(24.1.1971, Göyçay r-nunun İnçə k. – 3.7.1992, Ağdərə r-nu ərazisində) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Qazaxıstanın Baykonur ş.-də keçirib. 1990 ildə ordudan tərxis olunaraq vətənə qayıdır və az sonra torpaqlarımızın müdafiəsinə çağırılır. 1992 ildə cəbhə bölgəsinə yola düşüb. O, Tərtər, Ağdərə, Levanarx və Marquşavan k.-də gedən döyüşlərdə iştirak edib. 1992 iyulun 3-də Həsənqaya yüksəkliyi ətrafında gedən döyüşdə şəhid olub, ertəsi gün doğma kəndində dəfn edilib.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.