(7.9.1956, Göyçay ş.) – polis polkovniki, sərbəst güləş üzrə SSRİ idman ustası.
Orta məktəbi bitirəndən sonra Almaniyada hərbi xidmət keçib. Hərbi xidmətdən sonra bir müddət Göyçay uşaq-gənclər idman məktəbində məşqçi işləyib. 1977 ildə Moskvaya köçüb və burada hüquq-mühafizə orqanlarında işə qəbul olunub. Eyni zamanda idman fəaliyyətini də davam etdirən R.Babayev 1979 ildə Moskva vilayət Pedaqoji İnstitutunun Fiziki tərbiyə fakültəsinə daxil olub. 1983 ildə yeniyetmələrin işi üzrə müfəttiş, 1986 ildə cinayət axtarışı üzrə əməliyyat müvəkkili, bir müddət sonra isə baş əməliyyat müvəkkili təyin olunub.
R.Babayev 1991 ildə Moskva 160 nömrəli milis şöbəsi rəisinin operativ işlər üzrə müavini vəzifəsinə irəli çəkilib. Bir il sonra isə o, Moskva Cənub dairəsi Daxili işlər şöbəsinin cinayət axtarışı bölməsinin rəisi təyin olunub. O, 1996 ildə Rusiya DİN Hüquq İnstitutunu bitirib. 1997 ildə isə Zyablikova DİŞ kriminal üzrə milisinin rəisi təyin olunub. Elə həmin ildə R.Babayev Rusiya DİN Ümumittifaq Elmi Tədqiqat İnstitutunda elmi fəaliyyətə keçib. Qiyabi adyunkturanı bitirib. Hazırda həmin institutun baş elmi işçisi olan həmyerlimiz 10-dan artıq elmi-praktik əsərin müəllifidir.
Mənbə: https://search.rsl.ru/ru/record/01003117891