(15.8.1967, Göyçay r. Ulaşlı Şıxlı k. – 25.4.1994, Tapqaraqoyunlu k.) – Birinci Qarabağ müharibəsi şəhidi.
İlk hərbi xidmətini Rusiyanın Krasnoyarsk ş.-də keçib. Sonra Azərb. İnşaat Mühəndisləri İnstitutuna (indiki Memarlıq və İnşaat İnstitutu) daxil olub. İnstitutu bitirəndən sonra torpaqlarımızın müdafiəsi üçün cəbhə bölgəsinə yola düşüb. Goranboy r-nu ətrafında gedən ağır döyüşlərin birində şəhid olub və doğma kəndində dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.