(4.4.1973, Göyçay r-nunun Çərəkə k. – 27.6.1992, Ağdərə r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Kənd orta məktəbini bitirdikdən sonra 106 saylı Texniki Peşə Məktəbində traktorçu-maşinist peşəsinə yiyələnib. 1992 ilin martında cəbhəyə yola düşüb. Bir sıra döyüşlərdə igidlik göstərib. Onun son döyüş yeri Tərtər cəbhəsi olub. 1992 ilin iyun ayında bu istiqamətdə gedən ağır döyüşdə şəhid olub. O, Göyçay ş. Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı Çərəkə k. məktəbi şəhidin adını daşıyır.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.