(22.6.2001, Göyçay r-nunun Birinci Ərəbcəbirli k. – 13.12.2020, Talış–Suqovuşan) – Vətən müharibəsi şəhidi.
Orta məktəb təhsilini bitirdikdən sonra Göyçay Peşə Liseyinə daxil olub, onun adına olan məzun diplomu ailəsinə təhvil verilib.
03.07.2019 il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. 2020 il oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlar zamanı düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alıb və şəhadətə qovuşub.
13 dekabr 2020 il tarixdə Talış–Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 13 dekabr 2020 ildə Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra Azərb. Resp. Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Suqovuşanın azad olunmasına görə” (24.6.2021) və “Cəsur döyüşçü” (24.6.2021) medalları ilə təltif edilmişdir. Şəhidin doğulub boya-başa çatdığı küçə də onun adını daşıyır.
Əd.: http://goychay-ih.gov.az/index.html
https://axar.az/news/toplum/567657.html