(3.7.1974, Göyçay r-nunun Cəyirli k. – 7.9.1992, Füzuli r-nu) – Birinci Qarabağ müharibəsi şəhidi.
Orta məktəbi bitirdikdən sonra 58 saylı Texniki Peşə Məktəbində “Ticarət kursu”nu başa vurub. Daha sonra Daxili Qoşunların sıravi döyüşçüsü kimi torpaqlarımızın müdafiəsinə yollanıb. 1992 ilin sentyabrında Füzuli r-nunun Dilağarda k. müdafiəsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.