(11.12.1955, Göyçay r-nunun Bığır k.) – tarixçi alim, tarix e.n. (1992), dos. (2008), “Qızıl qələm” mükafatı laureatı (2003).
ADU-nin (hazırda BDU) Tarix fakultəsini bitirib. 1980-93 illərdə ADU-nin «Yeni və ən yeni tarix» kafedrasında laborant, baş laborant, müəllim kimi çalışıb. 1993-94 illərdə Azərb. Resp. Nazirlər Kabineti yanında Xarici Turizm Şurasının «Turizm işinin təşkili və xidmət» şöbəsinin müdiri, 1994-2001 illərdə Azərb.Resp. Xarici Turizm Şurası nəzdindəki «Azərtur» turizm müəssisəsində «Xarici turizmin təşkili» şöbəsinin rəisi, 2001-03 illərdə Azərb. Turizm Sənayesinin İnkişafı İttifaqında aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. 2003-06 illərdə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecində çalışıb. Uzun müddət ATMU-də “Turizm biznesi” kafedrasının müdiri və həmin kafedranın dosenti vəzifəsini tutub. Hazırda həmin universitetin “Turizm və qonaqpərvərlik” fakültəsinin dekanıdır. B.Bilalov Azərb.-da turizmin inkişafına yönəlmiş bir sıra layihələrin hazırlanmasında iştirak edib.
2002 ildən etibarən turizm sahəsində bildiklərini gənc nəslə öyrətməklə məşğul olan Bahadur müəllim BDU-də, ADMİU-də mühazirələr oxuyub və seminarlar aparıb. Bahadur müəllim indiyə kimi turizmin müxtəlif sahələrini əhatə edən 15 fənn proqramı, eyni zamanda “Turizmin menecmenti”, “Turizm fəaliyyətinin tənzimlənməsi”, “Turizmin tarixi”, “Ekoloji turizm”, “Səyahət agentlikləri və turoperatorluq” adlı dərs vəsaitləri hazırlayıb və çap etdirib. Bu yaxınlarda isə onun rəhbərliyi altında “Turizmin əsasları” dərsliyi hazırlanıb. B.Bilalov turizm sahəsində elmi araşdırmalarla da məşğuldur. O, ölkəmizdə, eləcə də Rusiya və Bolqarıstanda keçirilən müxtəlif elmi konfranslarda ölkə turizminə dair maraqlı məruzələr edib. Eyni zamanda Azərb. turizminə həsr olunmuş 50-dən çox məqaləsi Azərbaycanın, Rusiyanın, Bolqarıstanın və Portuqaliyanın elmi jurnal-larında nəşr olunub. 2009 ilin aprel-sentyabr aylarında ERASMUS-MUNDUS Proqramı çərçivəsində Bolqarıstan Respublikasındakı Ruse Universitetində elmi araşdırmalar aparan B.Bilalovun turizm işinin təşkili və turizm təhsili istiqamətində gördüyü işlər əlaqədar təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, müxtəlif mükafat və adlara layiq görülüb. O, 50 illik yubileyi münasibətilə Azər.Resp. Gənclər, İdman və Turizm Nazirliyinin Fəxri Fərmanı, Azərb.Resp. Turizm və Ekskursiyalar Şurasının fəxri fərmanı ilə təltif olunub.
2009 ilin aprel-oktyabr aylarında Bolqarıstan Respublikasının Ruse ş. Universitetdə tədqiqatçı kimi çalışıb. Turizmə aid 3 monoqrafiyanın, 1 dərsliyin, 7 dərs vəsaitinin və müxtəlif ölkələrdə nəşr olunmuş 70-dən çox məqalənin müəllifidir.
Əsərləri: 1. Turizm fəaliyyətinin tənzimlənməsi (Bilalov Bahadur Ənvər oğlu)
2. “Azərbaycanda gəlmə turizm və onun inkişaf yolları” Bakı, 2004
Məlumat B. Bilalovdan alınıb.