(1927, Göyçay ş.–2001, AFR) – pedaqoq, SSRİ Maarif əlaçısı (1976), Azərb.SSR Əməkdar müəllim (1978).
Orta məktəbi bitirəndən sonra Göyçay pedaqoji məktəbinə daxil olub. Burada təhsilini başa vurub gənc riyaziyyat müəllimi kimi İvanovka k. məktəbinə təyinat alır.
1952 ildə qiyabi olaraq Bakı pedaqoji institutunun Fizika–riyaziyyat fakültəsinə daxil olur. İnstitutu bitirəndən sonra tezliklə ailəsilə birgə gənc sənaye şəhəri olan Sumqayıta köçür. Burada o əvvəlcə Fəhlə gənclər üçün gecə məktəbində, sonraisə Sumqayıt ş. 12 saylı məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir. Tədrisə yaradıcı münasibətlə yanaşan gənc müəllim burada innovativ tədris metodlarını tətbiq edir, çoxlu eksperimentlər aparır. Tezliklə o, tədris proseslərinin avtomatlaşdırılmasından istifadə etməklə özünün yenilikçi tədris metodikasını yaradır. Оnun özü tərəfindən təchiz olunmuş riyaziyyat sinfi öz tipində respublikada yeganə sinif idi. Nəticədə 12 saylı məktəbin şagirdləri respublikada keçirilən müxtəlif səviyyəli riyaziyyat olimpiadalarında mükafata layiq görülən yerlər tutur, məzunlar isə çox asanlıqla keçmiş Sovet İttifaqının ən nüfuzlu təhsil müəssisələrinə qəbul olunurdular. Tədris–tərbiyə işindəki nailiyyətləri sayəsində Bünyadov tezliklə bütün respublikada tanınır. Yaqub müəllimin fəaliyyəti təkcə şəhər rəhbərliyi deyil, respublika rəhbərliyi səviyyəsində və hətta ümumittifaq səviyyəsində də layiqincə qiymətləndirilir. Bünyadov ictimai işlərlə də məşğul olur və Şəhər sovetinin deputatı seçilir. O, respublikada gənc nəslin tərbiyə və təhsili işinə verdiyi töhfələrə görə ölkənin ən yüksək mükafatları olan Oktyabr inqilabı və iki Qırmızı əmək bayrağı ordeni, habelə Krupskaya medalı və bir sıra digər fərqləndirici nişanlarla təltif olunur. Yaqub müəllim ötən əsrin 90-ı illərinin əvvəllərində Resp.-da bütün sahələrdə, o cümlədən təhsil sahəsində baş verən haqsızlıqlara etiraz əlaməti olaraq Almaniyaya mühacirət edir. Lakin mühacirət illərini ağır keçirən tanınmış pedaqoq 2001 ildə vəfat edib və Almaniyada dəfn olunub.