(1974, Göyçay r -nunun Potu k.) – pedaqoq, fizika-riyaziyyat ü.f.d (2001)
BDU-nun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib (1996). Bürcəliyev 1997 ildə BDU-nun əyani aspiranturasına daxil olmuş və 2000 ildə nəzəri və riyazi fizika ixtisası üzrə “Dərin qeyri-elastiki elektron-proton, proton-proton toqquşmasında spik effektlərinin kvantoxromodinamik tədqiqi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. 2001 ildə Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat e.n. dərəcəsi almışdır. 2001-02 illərdə Göyçay ş. 2 saylı orta məktəbdə müəllim işləmişdir. 2002 ildən isə şəhər 7 saylı orta məktəbdə fizika müəllimi olaraq çalışır. Bürcəliyev 2010 ilin sentyabr ayından Göyçay RTŞ-də aparıcı məsləhətçi işləmişdir. 2015 ilin iyul ayında 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi almışdır.
2015-22 illərdə Göyçay RTŞ-nin müdir müavini vəzifəsini icra edib. 2022 ildə Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) Göyçay bölməsinə sektor müdiri təyin olunmuşdur. Hazırda MARTİ Ucar bölməsinin sektor müdiridir.
Mənbə: A.Kəngərli. “Bir məktəbin tarixi”. Bakı, 2018.