(1914, Göyçay r-nunun Ulaşlı Şıxlı k. – 4.1.1980, Göyçay ş.) – Azərb. Ali Sovetinin deputatı, partiya işçisi, kənd təsərrüfatı rəhbəri.
A.Cəbrayılov orta təhsilini Ulaşlı Şıxlı k.-də almış, 1939 ildə Bakı 2 illik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirmişdir. 1939-41 illərdə Göyçay r-n Sənaye Kombinatının müdiri vəzifəsində işləmişdir. 1941 ildə hərbi xidmətə çağırılmış, cəbhədə ağır yaralandıqdan sonra ordudan tərxis olunmuşdur. Cəbhədən qayıtdıqan sonra bir sıra sahələrdə çalışmış, 1950 ildə Göyçay r-nu Kalinin adına kolxozun sədri seçilmiş, 1961 ilə kimi həmin vəzifədə işləmişdir. Həmin dövrdə kolxoz respublikanın ən qabaqcıl təsərrüfatlarından birinə çevrilmişdir. 1961 ildə Azərb. KP Göyçay r-n komitəsinin 1-ci katibi vəzifəsinə seçilmiş, 1963 ilə kimi həmin vəzifədə işləmişdir.
1963-65 illərdə Şamaxı r-nu Nərimanov adına sovxozun direktoru olmuşdur. 1965 ildə Göyçay r-nu Əzizbəyov adına kolxozun sədri vəzifəsinə seçilmiş, ömrünün sonuna kimi həmin vəzifədə işləmişdir. Onun sədr olduğu dövrdə kolxoz respublikanın ən qabaqcıl təsərrüfatına çevrilmiş, kolxozun vəsaiti hesabına yeni məktəb binaları, xəstəxana, uşaq bağçası, maşın-traktor parkı, mağazalar, yeməkxanalar, qonaq evi tikilib istifadəyə verilmiş, süni göl yaradılmış, kənarında istirahət zonası yaradılmışdır. On il Göyçay r-n partiya komitəsinin büro üzvü, 3 çağırış rayon sovetinin deputatı olmuşdur. İki çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif olunmuşdur. Respublika əhəmiyyətli fərdi təqaüdçü idi.
Məlumat A.Məmməddən alınıb.