(1955, Göyçay ş.) – hüquq ü.f.d.
1955 ildə Göyçay ş.-də anadan olub. 1972-77 illərdə Azərb. Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb, oranı bitirdikdən sonra təyinatla prokurorluq orqanlarında əmək fəaliyyətinə başlayıb. 1977 ilin avqust ayının 1-dən 2000 il sentyabrın 1-dək fasiləsiz olaraq prokurorluq orqanlarında müstəntiq, prokuror köməkçisi və prokuror vəzifələrində, 2000 ilin sentyabr ayının 1-dən 2007 il iyulun 27-dək isə Quba rayon məhkəməsinin sədri vəzifəsində işləyib. Hazırda müstəqil hüquq fəaliyyətilə məşğul olur.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.50