(2.2.1955, Ucar r-nunun Rəstəcə k.) – Azərb.Resp.-nın əməkdar müəllimi (2004).
Y.Cəfərov Göyçay ş. 4 saylı natamam orta məktəbdə 8-ci sinfi, Göyçay ş. 3 saylı orta məktəbdə 10-cu sinfi bitirib. 1973 ildə ADU-nun (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1978 ildə bitirir. Həmin ildən 2021 ilə kimi Göyçay ş. 5 saylı tam orta məktəbdə ixtisası üzrə müəllim işləmişdir. Əldə etdiyi uğurlara görə Təhsil Nazirliyi tərəfindən “Baş müəllim”(1985), “Müəllim-metodist”(1978) adlarına layiq görülüb.
1995 ildə Resp. Təhsil Nazirliyinin qərarı ilə “Ali kateqoriyalı müəllim” adı verilmişdir. Elmi-metodiki məqalələri “Fizika, Riyaziyyat və İnformatika” jurnalında çap olunmuşdur. Onun iş təcrübəsi və əmək fəaliyyəti ilə bağlı Malik Novruzovun “Günəş məktəbdən doğur”, Əkbər Əlioğlunun “Şama pərvanə kimi” kitablarında, “Maarifçi” və “Azərbaycan müəllimi” qəzetlərində məqalələr verilmişdir.
Məlumat A.Məmməddən alınıb