Həmid Hacı Əhməd oğlu (1896, Göyçay r-nunun Çərəkə k.–1968) – din xadimi.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış dini şəxsiyyətlərdən biri də Həmid Hacı Əhməd oğlu olmuşdur. Həmid Əfəndi ilk dini təhsilini atası Hacı Əhməddən almışdır. Daha sonra isə təhsilini Qaraxıdır k-də yaşamış Hacı Vahid Əfəndinin yanında davam etdirmişdir. Təhsilini Türkiyədə davam etdirmək arzusunda olsa da, onun bu istəyi baş tutmamışdır. Qızı Faizə Əhmədovanm dediyinə görə, Türkiyədən gəlib onu imtahan etmişlər. Ona, dərin biliyə sahib olduğu üçün qırmızı diplom vermişdilər. Sözlərinə əlavə edərək o, atasının çoxlu əsərləri və əlyazmaları olduğunu da söylədi. Sovet hakimiyyəti illərində onun əsərləri və əlyazmaları götürülüb, geri qaytarılmamışdır. Bu gün yalnız onun atasının əlyazmalarından biri Sədi Şirazinin Gülistanını yazdığı əlyazması qalmaqdadır. Əlyazma Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılır. Ancaq ömür fanidir. Həmid Əfəndi 1968 ildə haqqın dərgahına köç etmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundaki dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 95