(3.6.1950, Göyçay ş. – 5.9.2017, Bakı ş.) – iş adamı, iqtisad e.d. (2001).
Ç.İldırım adına AzPİ-ni (indiki AzTU) mühəndis-mexanik ixtisası üzrə bitirib (1973). 1976-83 illərdə əmək fəaliyyətini Azərb. Resp. “Avtovaztexnikixidmət” mərkəzində davam etdirərək, burada sahə ustasından baş direktor vəzifəsinədək yüksəlib. 1983 ildə Moskva ş.-nə göndərilərək Moskva və Moskva vilayəti “Avtovaztexnikixidmət” mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub. 1985-87 illərdə Tolyatti şəhərində “VAZ”-ın Cənub regional idarəsinin (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan) maddi-texniki təchizat üzrə rəisi vəzifəsində çalışıb, 1987 ildə “Avtovazehtiyathissə” mərkəzinin təşkili ilə əlaqədar Azərb. Resp. “Avtovazehtiyathissə” mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Sonradan mərkəz “TVİNS” Səhmdar Cəmiyyətinə çevrildiyindən həmin cəmiyyətin prezidenti seçilib.
N.Cəbrayılov 1999–2004 illərdə Moskva ş.-də “Avtotor” ASC-nin (BMW, Kia, Hummer) texniki xidmət üzrə direktor müavini və “Transavtokomplekt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2001 ildə Rusiya Ensiklopediyalar Akademiyası Rəyasət Heyətinin Baş Attestasiya Şurası tərəfindən fəxri iqtisad e.d. elmi dərəcəsinə layiq görülən həmyerlimizin adı 2003 ildə MDB ölkələrində ilk dəfə olaraq Rusiyada ikiyaruslu kortdromun yaradılmasına görə Rusiya və MDB-nin Rekordlar Kitabına daxil edilib. N.Cəbrayılov 1992 ildən ömrünün sonunadək Azərb. Güləş Federasiyasının prezidenti vəzifəsini icra edib.
Mənbə: N.Cəbrayılov. “Xoşbəxtəm ki, Göyçaylıyam”. Bakı, 2005.