(10.8.1924, Göyçay qəz., Hacalı k. – 14.4.1996, Göyçay ş.) – pedaqoqika ü.f.d., dos.
H.Cəfərli ilk təhsilini Göyçay r-nunun Hacalı k. məktəbində alıb. ADU-nun (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olub, Azərb. Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunda çalışıb. Məktəbəqədər tərbiyə və ibtidai məktəb, uşaqların nitqinin inkişafı, uşaq bağçalarında tərbiyəçilər üçün nəzərdə tutulan təsviri fəaliyyətin təşkili metodikası, təhsil, tərbiyə, təlimdə asudə vaxtın təşkili, uşaq bağçasında əxlaq tərbiyəsinə dair iş təcrübəsi və s. mövzularda məqalə və kitabları nəşr edilib.
Əsərləri:
“Oyun zamanı bağça yaşlı uşaqların nitq inkişafı”. Bakı, Azərtədrisnəşr, 1964;
“Uşaq bağçasında əxlaq tərbiyəsinə dair iş təcrübəsindən”. Bakı, Maarif, 1968.
Məlumat ailəsindən alınıb.