(7.8.1954, Göyçay ş.) – hüquq ü.f.d. (1993), RF-nin hüquq ü.f.d. (2000).
1961-71 illərdə Göyçay ş. 2 saylı 8 illik və 7 saylı orta məktəbdə təhsil alaraq, əla qiymətlərlə bitirib. 1971-72 illərdə Göyçay ş. 58 saylı Texniki Peşə Məktəbində təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1972 ilin avqust ayında S.Kirov adına BDU-nun Hüquq fakültəsinə daxil olub. Universiteti əla qiymətlərlə bitirdikdən sonra 1977 ilin avqust ayında Gəncə ş. Prokurorluğuna baş müstəntiq vəzifəsinə təyin olunub.
1982 ilin fevral ayında Yevlax r-n prokurorunun baş köməkçisi işləyib. 1983 ilin sentyabr ayında Beyləqan r-nuna prokuror vəzifəsinə təyin olunub. Həmin rayonda 1990 ilin noyabrınadək müvəffəqiyyətlə işləmiş, 1990 ilin noyabr ayında isə Kürdəmir r-n prokuroru vəzifəsinə təyin olunub.
1993 ilin mart ayında “Milli münaqişələr zəminində baş verən cinayətlərin problemləri” mövzusunda dissertasiya müdafiə edərək hüquq e.n. elmi dərəcəsi alıb, 2000 ildə isə RF Ali Attestasiya Komissiyası tərəfindən “Hüquq üzrə fəlsəfə doktoru” elmi adını alıb.
1993 ilin yanvar ayında AXCP-nin hakimiyyəti dövründə prokurorluqdan kənarlaşdırılıb və həmin ilin mart ayında ingilisdilli “Göyçay Universiteti”ni təsis edərək onun rektoru vəzifəsində işləyib. 1993 ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyevin göstərişi ilə prokurorluq orqanlarına bərpa olunaraq, Ucar r-n prokurorunun müavini vəzifəsinə təyin olunub.
1993-95 illərdə Ucar r-n prokurorunun müavini, 1995-97 illərdə Mingəçevir ş. prokuroru vəzifələrində işləyib. 1997–2000 illərdə Nizami r-n Prokurorluğunda və Bakı ş. Prokurorluğunda istintaqa nəzarət sahəsi üzrə baş köməkçi vəzifələrində işləyib.
Prokurorluqda və məhkəmədə işlədiyi müddətdə müvəffəqiyyətli fəaliyyətinə görə bir çox mükafatlara layiq görülüb.
1 sentyabr 2000 ildən 28 iyul 2007 ilədək Quba r-n məhkəməsinin sədri vəzifəsində işləyib. 2008 ilin sentyabrından 2011 ilin sentyabrınadək Milli Aviasiya Akademiyasında Hüquq fakültəsində “Cinayət hüququ” fənnindən dərs deyib. 4 kitabın – “Millətlərarası münaqişələrlə əlaqədar cinayətlər”, “Azərbaycanda hüquqi islahatlar”, “İctimai-siyasi mühitə təsirin Heydər Əliyev Taktikası”, “Mənalı Həyat Yolu” kitablarının və onlarla elmi məqalənin müəllifidir. Hal-hazırda “Müdafiə-Hüquq Şirkəti” MMC-nin sədridir.
Məlumat R.Cəfərovdan alınıb.