(5.9.1933, Göyçay ş. – 29.10.2018, Bakı ş.) – jurnalist, Azərb. SSR-in Əməkdar jurnalisti. Göyçay Pedaqoji Texnikumunu (1952), sonra isə S.M.Kirov adına Azərb. Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini jurnalist ixtisası üzrə bitirib (1957). 1957-61 illərdə Sumqayıt şəhər XDS İcraiyyə Komitəsində təlimatçı vəzifəsində çalışmış, 1961-67 illərdə “Sosialist Sumqayıtı” qəzetində şöbə müdiri, sonra isə dörd il Sumqayıt Kimya zavodunda “Kimyaçı” qəzetinin redaktoru olmuşdur.
O.Cəfərov 1971 ildə Göyçay r-nunda çıxan “Yeni Həyat” qəzetinə redaktor təyin olunub, 1975-88 illərdə Azərb. Jurnalistlər İttifaqının nəşri olan “Müxbir” jurnalının redaktoru vəzifəsində çalışıb. 1988 ilin avqust ayında Dövlət Tikinti və Arxitektura Komitəsinin və İnşaat Kompleksi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qəzeti olan “İnşaatçı” sahə qəzetinə redaktor vəzifəsinə təyin olunub və 2005 ilə kimi burada işləyib. O.Cəfərov 2005-10 illərdə FHN TTNDA “Azərinşaatlayihə” DBLKT İnstitutunda informasiya sahəsində çalışıb. Respublika Jurnalistlər Birliyinin katiblərindən biri olan O.Cəfərov Azərb. Resp. Prezidentinin 21 iyul 2005 il tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərb. jurnalistikasının inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Məlumat V. Abdullayevdən alınıb.