(8.11.1961, Göyçay ş.) – kənd təsərrüfatı mütəxəssisi, kənd təsərrüfatı ü.f.d. (1998).
Gəncə ş.-də yerləşən Azərb. Texnologiya İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirib (1985). 1987 ilin iyunundan Göyçay yeyinti kombinatında əmək fəaliyyətinə başlayıb və burada istehsalat rəisi (baş mühəndis) vəzifəsinədək yüksəlib. 1995 ilin iyul ayında qısa müddətdə Göyçay Universitetinin rektoru vəzifəsini icra edib. Həmin ilin sentyabrında isə AMEA-nın Aqrokimya və Torpaqşünaslıq İnstitutuna dissertant qəbul olunub. 1998–2001 illərdə San-Marino Beynəlxalq Elmlər Akademiyası Akademik mərkəzinin Mingəçevir ş.-də yerləşən Azərb. filialında dekan vəzifəsində, 2001-15 illərdə isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, 2015 ilin avqustundan isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Hazırda Agentliyin Coğrafi informasiyalar sistemi və İnformasiya texnologiyası şöbəsində baş mütəxəssis vəzifəsində çalışır.
Məlumat V.Abdullayevdən alınıb.