oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Çərəkə i.ə.v.-də kənd. R-n mərkəzindən 14 km c.-da, Göycay çayının sahilində, Şirvan düzündədir. Yaşayış məntəqəsini Şamaxı r-nunun eyniadlı kəndindən ayrılmış ailələr salmışlar. Əh. 300 (2011); əkinçilik və heyvandarlıqla məşğuldur. Tibb məntəqəsi var.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, I cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 122;
http://ensiklopediya.gov.az/az/terms/10151/cild/17