Əsl adları Çakurlu, Çakirli olan türkdilli tayfadır. Əvvəllər Orta Asiyada yaşayan Cəyirlilər sonralar İran, Kiçik Asiya və Cənubi Qafqaz ərazisində məskunlaşmışdılar. Qaraqoyunlu və Ağqoyunlu tayfa birliklərinə daxil olan C. Ərdəbil, Muğan və s. yerlərdə yaşamışlar. XIX əsrin ortalarında Cavad qəz.-da yaşayan və maldarlıqla məşğul olan tayfa 90 ailədən ibarət idi. Azərb.-da Cəyirli (Bərdə, Göyçay, Şəki, Şamaxı r-nları) və Çaxırlı (İmişli, Göyçay, Masallı, Cəbrayıl r-nları) k.-lərinin adı, ehtimal ki, qədim Türk tayfası olan Cəyirlilərlə bağlıdır.
Mənbə: Azərbaycan Milli Ensiklopediyası: V cild, “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi” nəşriyyatı, Bakı, 2014, s. 334.