(17.1.1937, Ağsu r-nunun Pirhəsənli k.–14.9.2019, Göyçay ş.) – tanınmış pedaqoq, Resp. Əməkdar müəllimi (2005).
Orta təhsilini Göyçay r-nunun Alpout və Ləkçıplaq k. almışdır. APİ-nin (indiki ADPU) Fizika-istehsalat fakültəsini bitirib (1961). Sonra təyinatla Göyçay RTŞ-yə göndərilmişdir. 1961-63 illərdə Göyçay ş. 2 saylı orta məktəbdə istehsalat təlimi üzrə direktor müavini və fizika müəllimi işləmişdir. 1963 ildə 2 saylı orta məktəb natamam orta məktəbə çevrildiyi üçün Göyçay ş. 9 saylı orta məktəbə fizika müəllimi təyin olunmuş, 1966 ilə kimi həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1966 ildə Göyçay ş. 7 saylı orta məktəbə fizika müəllimi təyin olunmuş, 2011 ilə kimi həmin məktəbdə müəllim işləmişdir.
1967 ildə “ Fizika dərslərində şagirdlərin müstəqil işini necə təşkil edirəm” mövzusunda etdiyi məruzəyə görə Azərb. Dövlət Elmi-tədqiqat Pedoqogika İnstitutunun Fəxri fərmanını almış, həmin məruzə əsasında hazırladığı məqalə “Fizika-riyaziyyat tədrisi” jurnalında çap edilmişdir. 1970 ildə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur. Səmərəli fəaliyyətinə görə Təhsil Nazirliyi tərəfindən “Müəllim-metodist”, “Ali kateqoriyalı müəllim” adlarını almış, 1986 ildə “Xalq maarifi əlaçısı” döş nişanına layiq görülmüşdür. AR Prezidenti İ.Əliyevin sərəncamı ilə 2005 ildə “Əməkdar müəllim” fəxri adı almışdır.
Məlumat A.Məmməd tərəfindən alınmışdır.