ƏLİYEV Ramiz Tağı oğlu
(25.12.1937, Göyçay r-nunun Potu k.) – Azәrb. genetiki, biologiya e.d. (1990), prof. (2012).
ADU-nu bitirib (1961). Azәrb. SSR EA Genetika vә Seleksiya İnstitutunda kiçik elmi işçi (1963), 1982 ildәn hәmin institutda laboratoriya müdiridir. Elmi fәaliyyәti bitkilәrin stres amillәrinә davamlılığının vә heterozis hadisәsinin molekulyar-genetik әsaslarının öyrәnilmәsinә hәsr edilib. Heterozis bitki hibridlәrinin somatik hüceyrәlәrindә DNT-nin miqdarının artması faktını ilk dәfә R.Əliyev aşkar edib. O, 1993–2003 illәrdә Türkiyә universitetlәrindә pedaqoji fәaliyyәtlә mәşğul olub. 204 elmi әsәrin, o cümlәdәn 3 monoqrafiya vә 2 ixtiranın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.