oyk., mür. Azәrb. Resp. Göyçay r-nunun eyniadlı kәndi әrazisindә orta әsrlәrә aid yaşayış yeri. Göyçay r-nunun Şəhadət i.ə.v.-də kənd. Şirvan düzündədir. Kənd orta əsrlərdə ərəb mənşəli ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1973 ildә tәsәrrüfat işlәri görülәrkәn Ə.-dәn IV–VIII әsrlәrә aid küp qәbirlәr aşkar edilmişdir. Qәbirlәrdәn mis, tunc, gümüş vә qızıldan hazırlanmış, üzәrindә bolluq rәmzi olan ilan simvollu sinә bәzәklәri, bilәrziklәr, üzüklәr, sırğalar, muncuqlar, müxtәlif formalı şüşә qablar tapılmışdır. Materialların әksәriyyәti yerli istehsal mәhsuludur. Ə.-nin q.-indә aşkar olunmuş sonrakı dövrlәrә aid qәbirlәrdәn isә Tәbriz vә Tiflisdә zәrb edilmiş (XIII әsr) Hülaku sikkәlәri tapılmışdır.
Mənbə: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. I cild, Bakı, “Şərq-Qərb”, 2007, s.185
http://ensiklopediya.gov.az/az/terms/19319/cild/20
Ətraflı oxu