DÖVRANLI
Azərb. Resp. Göyçay r-nunun Aşağı Qaraməryəm i.ə.v.-də kənd. Rayon mərkəzindən c.-ş., Alxasava və İnçə kəndlərin yaxınlığında, Yuxarı Şirvan kanalının sağ sahilində, Şirvan düzündə yerləşir.
Dövranlı oykonimi haqqında müxtəlif mülahizələr vardır. Bir çoxları toponimi dövran termini ilə əlaqələndirirlər. Bəziləri isə toponimi dövral, davral sözü ilə bağlayırlar. Qazax dialektində davar sözü “hündür, ucaboylu” mənasındadır.
Mənbə: https://az.wikipedia.org/wiki/Dövranlı