GÖYÇAY FOLKLORUNUN COĞRAFİ-TARİXİ QAYNAQLARI VƏ ÖZÜNƏMƏXSUSLUĞU
Göyçay r-n kimi inzibati əsasda 1930 ildə təşkil olunmuşdur. O vaxta qədər isə bu ərazi qəza qismində Bakı quberniyasının tabeliyində olmuşdur. Ərazinin erkən məskunlaşması daha qədim dövrlərlə səsləşsə də, bilici sakinlərinin dediyinə görə, mərkəzə çevrildiyi vaxtdan hesablanarsa, Göyçay ş.-nin hazırkı inzibati ərazisinin tarixi 150 ildən bir qədər yuxarı, yəni 200 ilə yaxın olar. Belə ki, şəhərin yerləşdiyi indiki sahəsi 167 il bundan öncə (təxminən 1855 ilə kimi) çəmənlik, kolluq və meşəlikdən ibarət olmuşdur.