GÖYÇAYIN ETNOQRAFİYASI
Azərbaycanın mərkəzi rayonlarından olan və ticarət yollarının qovuşuğunda yerləşən Göyçay özəl etnoqrafik səciyyəsi ilə də seçilməkdədir. Lakin bütövlükdə bu etnoqrafik mədəniyyətin, o cümlədən burada yer alan mərasimi aktların, inanc, xalq təbabəti, yerli mətbəxin yetərincə öyrənilmədiyini etiraf etməliyik. Bunun əsas səbəbi də xalq mədəniyyətinin tədqiqində uzun müddət etnoqrafiya və folklorun bir-birindən təcrid edilməsi və bu zaman üstünlüyün folklorşünaslığa verilməsi olub.