Göyçayda şəhidlərin xatirəsinə həsr edilən futbol üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Göyçayda Azərbaycanın azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə həsr edilən futbol üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 13-də start götürən və 12 gün davam edən turnirdə rayonun təşkilat və bələdiyyələrinin 18 komandası iştirak edib. Yarışlara ümumilikdə 252 nəfər gənc qatılıb. İki qrupda keçirilən 72 görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub. Finalda “Azorganik” və “Qızılağac” kənd komandaları qarşılaşıblar. Final oyunu “Qızılağac” kənd komandasının penaltilər seriyasında qələbəsi ilə başa çatıb.