(27.1.1963, Göyçay ş. – 22.7.1992, Ağdam r-nu ərazisində) – Milli ordumuzun ilk zabitlərindən biri, Birinci Qarabağ müharibəsi şəhidi.
Orta təhsilini Göyçay ş. M.Füzuli adına 6 saylı tam orta məktəbdə alıb. İlk dəfə 1980-82 illərdə Rusiyanın Novosibirsk ş.-də hərbi xidmət keçib. Sonra Göyçaya qayıdır və avtoməktəbdə sürücülük peşəsinə yiyələnir. Hüseynov 1983 ildə Naxçıvanda 6 aylıq kurs keçərək leytenant rütbəsi alır. 1992 ildə döyüş bölgəsinə yollanır. Onun ilk döyüş yolu da elə həmin ilin aprel-may aylarında Göyçay özünümüdafiə dəstəsinin tərkibində, Dağlıq Qarabağda, Laçın və Qubadlı r-nları ərazisində hərbi əməliyyatlarda iştirak etməklə başlayıb. Mirağa Ağdərə, Naxçıvanik, Laçın, Goranboy və digər bölgələrdə döyüşüb. Naxçıvanik döyüşündə xüsusi şücaət göstərib. Ağdam r-nu ərazisində gedən döyüşlərdə şəhid olub. M.Hüseynov Göyçay Şəhidlər xiyabanında dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi.
Ətraflı oxu