ƏLİYEV Rafael Əliş oğlu
(28.12.1953, Göyçay ş.) – sovet və Azərb. rəssamı, SSRİ Rəssamlar İttifaqının (1988), Azərb. Rəssamlar İttifaqının (1988) və Avrasiya Rəssamlar İttifaqının (2022) üzvü.
Bakı ş.-də orta məktəbi bitirəndən sonra 84 saylı Rəssamlıq Məktəbində “Metalın bədii emalı” ixtisası üzrə təhsil alıb. 1977 ildən Azərb. Resp. Bədii Fondunda çalışıb. Daha sonra APİ-nin Bədii qrafika fakültəsini bitirib (1987). R.Əliyevin əsərləri MDB-də, həmçinin Almaniya, ABŞ, BƏƏ və Böyük Britaniyada çoxsaylı sərgilərdə nümayiş olunub. Onun bəzi əsərləri Azərb. Mədəniyyət və Turizm Nazirliyinin, Azərb. Dövlət Rəsm Qalereyasının, Azərb. Xalça Muzeyinin kolleksiyalarında, Beynəlxalq Valyuta Fondunda, digər nüfuzlu məclislərdə və şəxsi kolleksiyalarda, o cümlədən Corc Sorosun şəxsi kolleksiyasında saxlanır. R.Əliyevin əsərləri beş fərdi sərgidə (Azərbaycanda və Lüksemburqda) və on yeddi kollektiv sərgidə (Qazaxıstan, Çin, Belçika, Fransa, Özbəkistan və s.) nümayiş etdirilib. R.Əliyevin yaradıcılığı rəngkarlıqda olduğu kimi, oymada da fərdi koloritə malikdir. Вurada xalq ənənələri və dərin məzmunlu dolğunluq bir-birini tamamlayır.
Məlumat V.Abdullayevdən alınıb.