Həşimov Mir Ələsgər Mahmud oğlu
(1904, Göyçay qəz. Alpoud k.–1976, Bakı ş.) – ictimai xadim, iqtisad e.n., dos.
Uşaq ikən ailəsi ilə birgə Şamaxı ş. köçüb. 1911-14 illərdə Şamaxı ş. Rus-tatar məktəbində, 1914-16 illərdə “Üxüvvət” məktəbində, 1916-17 illərdə ali ibtidai məktəbdə təhsil alıb. 1917 ildə ailə yenidən Alpoud k.-ə qayıtdığına görə ali ibtidai məktəbi bitirə bilməyib. 1919-23 illərdə Müsüslü Dəmiryol sahəsində əmək fəaliyyəti göstərib. Sonra isə Bakıya gələrək Qala-Maştağa r-nunun Maştağa k. icraiyyə nümayəndəliyində iş icraçısı işləyib. 1923-29 illərdə Maştağa k. su nasos stansiyasında və elektrik stansiyasında çilingər, iş icraçısı, kənd klubunun müdiri və kənd təsərrüfatı anbarının müdiri işləyib. 1929 ilin mart ayında AK(b)P MK-da işlər müdiri təyin olunur. Sonra partiyanın göstərişi ilə AK(b)P Qala-Maştağa r. icraiyyə komitəsinə işə göndərilib və 1931 ilin yanvar-noyabr aylarında burada şöbə müdiri vəzifəsində çalışıb. 1931 ildə AK(b)P MK-nın göndərişi ilə Azərb. Kommunist Universitetinin tədris şöbəsinin katibi təyin edilib. 1932 ildə təhsil almaq üçün Zaqafqaziya Xalq Komissarları Sovetinin İqtisadi-Tədqiqatlar İnstitutuna göndərilib. Həmin ilin sentyabrında Marksizm-leninizm İnstitutuna dəyişdirilib. İnstitutu 1937 ildə bitirərək Partiya Tarixi institutuna elmi işçi göndərilib. 1938-40 illərdə partiya kurslarının direktoru olub.