Ziyarətgah Mirzəhüseynli k.-dədir. Alim Ə.Əlioğlunun “Göyçay – nəyi bilirik?” əsərində Mirzəhüseynli k.-də Cavad baba adlı bir ziyarətgahın olduğu qeyd edilir. Ağır övliya sayılan Cavad babanın qəbri Qoyunlu Şıxlı k. qəbiristanlığındadır. Cavad baba təxminən 100-150 il əvvəl yaşayıb. Bu ziyarətgah haqqında geniş məlumat yoxdur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 106.