(17.11.1927, Göyçay r-nunun Qarabaqqal k.– 22.2.1997, Bakı ş.) – fil.ü.e.d., prof.
1927 il noyabrın 17-də Göyçay r-nunun Qarabaqqal k.-də anadan olub. 1934-38 illərdə Göyçay ş. 1 saylı orta məktəbdə təhsil alıb. Bir müddət uşaq evində tərbiyəçi-müəllim və eyni zamanda təlimatçı işləmişdir. Azərb. elminə 30-dək tanınmış alimlər bəxş etmiş Qarabaqqal kəndi və onun sakinlərinin bu nəcib alimə görə həmişə öyünməyə və fəxr etməyə haqqı var. Ə.Cavadov da gənc yaşlarından bu gözəl ənənənidavam etdirmişdir. 1945 ildə Azərb. Dövlət Universitetinin filologiya fakultəsinə müvəffəqiyyətlə qəbul imtahanı verən həmyerlimiz Azərbaycan dilçiliyinə öz layiqli töhfəsini vermək üçün çalışaraq yorulmadan mütaliə edir. Ali məktəbi bitirdikdən sonra Ə.Cavadov 1950-53 illərdə Azərb. Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dilçilik institutunun aspirantı olur. 1954 ildən Dilçilik institutunda elmi işçi vəzifəsində çalışıb. Ə.Cavadov 1956 ildə “Müasir Azərbaycan dilində şəxssiz cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. “Azərbaycan dilinin qrammatikası”, “Azərbaycan bədii dilinin üslubiyyatı” və s. dəyərli kitabların müəlliflərindən biridir.Yorulmaq bilmədən çalışan, elmi axtarışlarında uğurlarını davam etdirən həmyerlimiz “Dil vahidlərinin sıralanması” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və filologiya elmləri doktoru elmi dərəcəsi alır. O, 1997 il fevralın 22-də vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.59