(28.1.1971, Göyçay r-nunun Çərəkə k.-16.2.1994, Sarıcalı yüksəkliyi) – Birinci Qarabağ müharibəsi şəhidi.
Çərəkə k. orta məktəbində səkkizinci sinfi bitirdikdən sonra 106 saylı Texniki peşə məktəbində təhsilini davam etdirib. Sonra RF-nin Kursk vilayətində əsgəri xidmət keçib. 1992 ilin avqustunda Milli Ordunun tərkibində vətənin müdafiəsinə yollanıb. O, Mərzili, Novruzlu, Bağbanlar, Saybalı, Pirzallı kənləri, Habelə Fərrux dağında gedən döyüşlərdə fəal iştirak edib. 1994 il fevralın 16-da Sarıcalı yüksəkliyində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Mənbə: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Göyçay rayon şöbəsi