oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Bığır i.ə.v.-də kənd.Göyçay ş.-dən c.-ş., Yuxarı Şirvan kanalın sağ sahilində Şirvan düzündə yerləşən kənd.Yaşayış məntəqəsi əvvəllər Yenikənd də adlanmışdır. Cırqurd (Cırkürd) yaşayış məntəqəsini vaxtilə Göyçay r-nunun Türkmən kəndindən köçüb gəlmiş ailələr salmışdır.
Əsli Cir-Kürt olmuşdur. Bu oykonim cır (kiçik) və kürd (etn.) komponentlərindən ibarət olub, “kürdlərin az hissəsi””, “kiçik kürd kəndi” mənasındadır. Etnotoponimdir.
Əd.: Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. I cild. Bakı, “Şərq-Qərb”, 2007, s.123