(9.11.2001, Göyçay r-nunun Aşağı Qaraməryəm k.-2.11.2020, Cəbrayıl). 09.11.2001 il tarixdə Göyçay rayonu Aşağı Qaraməryəm kəndində anadan olmuşdur. 08.01.2020 il tarixdə həqiqi hərbi xidmətə çağırılmışdır. 2 noyabr 2020 il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Cəsur döyüşçü” (24.06.2021), “Cəbrayılın azad olunmasına görə” (22.12.2020) və “Qubadlının azad olunmasına görə” (29.12.2020) medalları ilə təltif edilmişdir.