(1890, Tekirdağ vil.-nin (Türkiyə) Saray qəs. – 8.8.1984, Göyçay r-nunun Cəyirli k.) – Nuru Paşanın komandanlığı altında Azərb.-na xilaskarlıq missiyası ilə gələn türk əsgəri.
Osman Dədəoğlu erməni daşnakları ilə döyüşdə yaralandığı üçün Azərb.-da qalır. Sonra sərhədlər bağlandığından Türkiyəyə qayıda bilmir. 1922 ildə, yəni sovet hakimiyyəti dövründə Osman Dədəoğlu türk əsgəri olması səbəbindən Sibirə sürgün edilir. 15 il sürgündən sonra yenidən Göyçaya gəlir və 1984 ilə qədər bu r-nda yaşayır. Sürgündən öncə Göyçayın Cəyirli k.-də ailə quran Osman Dədəoğlunun bir oğlu, sürgündən sonra isə iki qızı olub. Osman baba Türkiyədə qalan qohumlarına dəfələrlə məktub yazıb. Amma onun ilk məktubu yalnız 1949 ildə Türkiyənin Tekirdağ vil.-nin Saray qəs.-nə çatır. O, məktubda Sovet İttifaqının tərkibində olan qardaş türk resp.-da – Azərb.-ın Göyçay r-nunun Cəyirli k.-də yaşadığını qeyd edir. 30 ildən sonra Osmanın sağ olmasını bilən qardaşı Hüseyn cavab məktubu yazır. Osman Dədəoğlu qohumları ilə 1975 ilə qədər məktublaşıb. Onun ölümündən sonra Göyçaydan Tekirdağa xeyli məktub yazılsa da, yalnız 20 ildən sonra bu məktubların birinə qardaşı oğlu Səbridən cavab gəlir. Göyçaya gələn Səbri əmisinin qəbrini ziyarət edir. Hazırda Osman Dədəoğlunun ailəsi və qohumları Cəyirli k.-də yaşayırlar.
Mənbə: https://www.facebook.com/Goychaytarixi/